Premyer Liqa klubu iki legioner futbolçu ilə yollarını ayırıb AZƏRTAC

21.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı,21 dekabr, AZƏRTAC

“Kəpəz” komandası iki futbolçusu ilə yollarını ayırıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Gəncə klubu malili hücumçu Lassan N'Diaye və albaniyalı yarımmüdafiəçi Redon Mihana ilə vidalaşıb.

Hər iki oyunçu ilə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Lassan N'Diaye və Redon Mihana bu mövsümün əvvəlində “Kəpəz”ə transfer olunmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью