Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
«Sumqayıt» sabiq məşqçisini geri qaytarıb.
Samir Ələkbərov 7 illik aradan sonra «kimyaçılar»ın düşərgəsinə dönüb.
2018-ci ildə Nazim Süleymanovun köməkçisi kimi əsas komandada işləmiş mütəxəssis bundan sonra «gənclik şəhəri» təmsilçisinin akademiyasında fəaliyyət göstərəcək.
Millinin və «Neftçi»nin sabiq hücumçusu bugünlərədək «Baku Sportinq»də çalışırdı. O, I Liqada mübarizə aparan klubun akademiyasına rəhbərlik edirdi.
SPORTİNFO.AZ