Premyer Liqa klubu Konor Makqreqoru ələ saldı FOTO

04.11.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor İngiltərə Premyer Liqasının 10-cu turunun “Nyukasl” – “Arsenal” matçına qatılıb.

Publika.az xəbər verir ki, meydan sahibləri Mikel Artetanın komandasını 1:0 hesabı ilə məğlub edərək, “topçular”ın azarkeşi olan MMA ulduzunu üzüblər.

“Nyukasl” sosial şəbəkələrdə iki foto yayımlayıb. Birincidə şən Konor matçın əvvəlində gülümsəyir, ikincidə “Arsenal” uduzanda döyüşçü kədərlənir.

“Hər şey necə başladı və necə bitdi. Ümid edirik ki, “St James’ Park”a səyahətinizdən zövq aldınız”, – deyə klub fotonun altında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Newcastle United FC (nufc)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью