Premyer Liqa klubu milli üzvü ilə gücləndi

21.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

İngiltərənin "Sauthempton" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Renn"dən Albert Qrönbaeki mövsümün sonuna kimi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sauthempton" 15 milyon avro ödəməklə danimarkalı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna malidir.

Qeyd edək ki, "Renn" Albert Qrönbaeki mövsümün əvvəlində "Budyo Qlimt"dən transfer edib. Danimarka millisinin üzvü olan 23 yaşlı futbolçu Fransa klubunun heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью