Premyer Liqa klubu nigeriyalı futbolçu ilə anlaşdı ÖZƏL

16.07.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Karvan” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Yevlax klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bölgə təmsilçisi nigeriyalı müdafiəçi Olavale Odeye ilə anlaşıb.

20 yaşlı futbol ölkəsinin I Liqa klubu “Plateu Yunayted”də çıxış edib. O, yaxın zamanda “Karvan”la müqavilə bağlayacaq.

Odeye ilk dəfədir ki, ölkəsindən kənarda top qovacaq. 1,83 hündürlüyündəki müdafiəçi karyerası ərzində 140 oyun keçirib və 7 qol vurub.

Həsən Quluzadə 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью