Premyer Liqa klubu onunla vidalaşacaq qərar verildi

20.05.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə “Araz-Naxçıvan”dan ayrılacaq.

Futbolpress.az-ın məlumatına görə, 33 yaşlı futbolçu ilə müddəti bitəcək müqavilə uzadılmayacaq.

Bəxtiyar 2024-cü ildən “Araz-Naxçıvan”da çıxış edir. O, bu mövsüm çempionatda 24 oyunda forma geyinib.

Həsənalızadə Azərbaycan millisində 4 oyun keçirib.

“Araz-Naxçıvan” Misli Premyer Liqasında sona bir tur qalmış 43 xalla altıncı sıradadır.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью