Premyer Liqa klubu rekord təklif hazırlayır

23.01.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin “Nottingem Forest” klubu “Vulverhempton”un hücumçusu Mateus Kunya ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 25 yaşlı futbolçu üçün təklif göndərməyə hazırlaşır. Bu barədə İngiltərə mətbuuatı məlumat yayıb.

“Nottingem Forest”in indiyə qədərki rekord transferi “Nyukasl”dan 41 milyon avroya heyətə cəlb edilən Ellio Andersondur.

Kunya bu mövsüm 22 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью