Premyer Liqa klubu ukraynalı üçün “Çelsi”yə təklif göndərdi

22.08.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

İngiltərənin “Lids” klubu “Çelsi”nin futbolçusu Mikael Mudriki icarəyə götürmək istəyir.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bununla bağlı “zadəganlar”a rəsmi təklif göndərib. “Lids” oyunçunu bir mövsümlük heyətinə qatmaq arzusundadır.

“Çelsi” Mudriki icarəyə verməyə müsbət yanaşır.

Ukraynalı futbolçu 2024-cü ildən rəsmi matça çıxmayıb. O, dopinq cəzasına görə yaşıl meydanlardan uzaq qalmışdı. Qadağa müddəti bitib və o, “Çelsi”nin düşərgəsindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью