Premyer Liqa klubu van Nistelroyla bağlı atacağı addımı qətiləşdirdi

10.04.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

İngiltərənin "Lester" klubu baş məşqçisi Ruud van Nistelroy ilə yollarını ayırmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, məlumatı "Footmercato" yayıb.

Mənbənin məlumatına görə, 2024-cü ilin dekabrında komandanın sükanı arxasına keçən niderlandlı çalışdırıcı rəhbərliyin etimadını doğrulda bilməyib. “Lester” hazırda Premyer Liqada 19-cu pillədə qərarlaşıb və Çempionşipə düşmək ehtimalı kifayət qədər realdır. Van Nistelroyun rəhbərliyi altında komanda Premyer Liqada hər oyuna orta hesabla 0,55 xal qazanıb. 

"Lester" aprelin 12-də "Brayton"la qarşılaşacaq, 33-cü turda isə rəqib lider "Liverpul" olacaq. Van Nistelroyun növbəti məğlubiyyətdən sonra postundan uzaqlaşdırılacağı bildirilir.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью