Premyer Liqa klubu yeni transferini açıqlayıb

31.01.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Kristal Pelas" klubu "Aston Villa"nın hücumçusu Evan Hessanı icarə əsasında heyətinə cəlb edib.

"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,

Kot-d"İvuar millisinin üzvü cari mövsümün sonuna kimi "Kristal Pelas"da çıxış edəcək. O, 2025/2026 mövsümündə Premyer Liqa və digər turnirlər daxil olmaqla ümumilikdə 21 oyunda iştirak edib və 2 qola imza atıb.

Evan Hessa karyerası ərzində Fransa və İsveçrə klubları olan "Nitsa", "Nant" və "Lozanna"nın da şərəfini qoruyub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью