Premyer Liqa klubu Yuventus un qolkiperini transfer etməyə çox yaxındır

21.08.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yuventus"un qolkiperi Mikеl Di Qreqorio, böyük ehtimalla, İngiltərə Premyer Liqasında özünü sınayacaq.

Sportal.az xəbər verir ki, 29 yaşlı italiyalı futbolçu “Bornmut”a keçməyə razılıq verib. Bu barədə insayder Canluka Di Marzio məlumat yayıb. Hazırda İngiltərə klubu “Yuventus”la transferin şərtlərini müzakirə edir. Gözlənilir ki, keçid satınalma hüququ ilə icarə formasında baş tutacaq.

Qeyd edək ki, Di Qreqorio Turin klubunda iki mövsüm keçirib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью