Qol.az saytına istinadən Icma.az xəbər verir.
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Heyvan hüquqlarını müdafiə edən PETA təşkilatı “Kristal Pelas” klubundan canlı qartaldan maskot kimi istifadəni dayandırmağı tələb edib.
QOL.az xəbər verir ki, BBC-nin məlumatına görə, təşkilat bununla bağlı klubun icraçı direktoru Şeron Leysiyə məktub ünvanlayıb.
2014-cü ildən London təmsilçisinin maskotu Feniks adlı qartaldır. Ondan əvvəl bu rolu 10 il ərzində Kayla adlı dişi qartal yerinə yetirib.
PETA hesab edir ki, stadiondakı səs-küy quşun qorxmasına, istiqamətini itirməsinə və panikaya düşməsinə səbəb ola bilər. Təşkilat bunun həm qartal, həm də azarkeşlər üçün təhlükə yaratdığını bildirir.
Qeyd edək ki, “Kristal Pelas” 1973-cü ildən “qartallar” ləqəbi ilə tanınır.