Icma.az, Qol.az portalına istinadən məlumat yayır. Portuqaliyalı baş məşqçi Vitor Pereyra "Vulverhempton"u çalışdıracaq.
QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
O, bu vəzifədə daha öncə istefaya göndərilən Hari O`Nili əvəzləyəcək. "Vulverhempton" hazırda turnir cədvəlində 9 xalla 19-cu yerdədir.
Qeyd edək ki, Vitor Pereyra "Fənərbaxça", "Korintians", "Porto", "Münhen 1860", "Şanxay Port", "Olimpiakos" və "Əl-Əhli" kimi komandaları çalışdırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.