Premyer Liqa klubundan 14 milyon avroluq transfer

07.01.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

İngiltərənin "Bornmurt" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lanus"dan Xulio Soleri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bornmut" 19 yaşlı sol cinah müdafiəçisi üçün Argentina klubuna 14 milyon avro təzminat ödəyib. Argentina U-23 millisinin üzvü ilə imzalanan müqavilənin detalları barədə məlumat yayılmayıb.

Qeyd edək ki, Xulio Soler "Lanus"un yetirməsidir. 2023-cü ilin yayından əsas komandaya cəlb olunan gənc oyunçu meydana çıxdığı 58 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью