Premyer Liqa klubundan 20 ci ev qələbəsi

27.01.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XX turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, bu, Muxtar Respublika təmsilçisinin Azərbaycan çempionatlarında 20-ci ev qələbəsi kimi tarixə düşüb. Naxçıvan klubu buna öz meydanındakı 49-cu oyunda nail olub. “Araz-Naxçıvan” yarışın tarixinə evdə 20 və ya daha çox qələbə qazanan 33-cü komanda kimi düşüb.

Qeyd edək ki, naxçıvanlıların öz meydanındakı ilk qalibiyyəti 2000/01 mövsümünə təsadüf edib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью