Premyer Liqa klubundan 30 milyon avroluq transfer RƏSMİ

28.08.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Vulverhempton" klubu müdafiəçi xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "qurdlar" "Jirona"dan Ladislav Kreyçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vulverhempton" çexiyalı mərkəz müdafiəçisi üçün İspaniya klubuna 30 milyon avro təzminat ödəyəcək. 26 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulaan müqavilə imzalanıb.

Qeyd edək ki, "Jirona" Ladislav Kreyçini ötən ilin yayında PPraqa "Sparta"sından ttransfer etmişdi. Çexiya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью