Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"un futbolçusu Evanilsonun ayağı sındığı üçün mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat olunan Braziliya millisinin üzvü bərpa prosesinə başlayıb.
Onun ayağı Premyer Liqanın XX turunda keçirilən "Everton"la matçda sınıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu "Bornmut"a cari mövsümün əvvəlində 37 milyon avroya Portuqaliyanın "Portu" kollektivindən keçib.
Bu, İngiltərə klubunun tarixində ən bahalı transfer olub. Bizim Telegram kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.