Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Sumqayıt” bu gün yeni mövsümə hazırlıq çərçivəsində sonuncu yoxlama matçını keçirəcək.
Futbolpress.az xəbər verir ki, “kimyaçılar” Qəbələ toplanışında Qətərin “Əl Xaraitiyat” komandası ilə qarşılaşacaq. Matça saat 17:30-da start veriləcək.
“Sumqayıt” bundan əvvəl 4 yoxlama görüşündə gücünü sınayıb. Filipe Kandidonun rəhbərlik etdiyi kollektiv “Kəpəz” və “Qəbələ” ilə heç-heçə edib, “İmişli”yə uduzub, “Şamaxı”ya isə qalib gəlib.
“Sumqayıt” yeni mövsümün birinci turunda “Neftçi” ilə üz-üzə gələcək. Misli Premyer Liqasında sezona avqustun 14-də start veriləcək.