Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 16 iyul, AZƏRTAC
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” komandasının baş məşqçisi məlum olub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bu vəzifəyə Azər Həşimov gətirilib.
Mütəxəssisə Zaur Hacıyev (köməkçi məşqçi) və Hüseyn Məhəmmədov (qapıçı məşqçi) kömək edəcəklər.