Premyer Liqa: Lider Arsenal Mançester Yunayted ə təslim oldu

26.01.2026

Icma.az bildirir, Mia.az portalına istinadən.

İngiltərə Premyer Liqanın 23-cü turunda lider "Arsenal" yeni baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında meydana çıxan "Mançester Yunayted"lə qarşılaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Emirates stadionunda keçirilən matçda "Mançester Yunayted" ötən tur ikinci yerdə olan "Mançester Siti"ni 2-0 hesabı ilə məğlub etməsinin təsadüfi olmadığını sübut edib.

Baxmayaraq ki, "Arsenal" matçda hesabı Lisandro Martinezin avtoqolu ilə 1-0 hesabı açıb. Lakin Brayan Mbeumo hesaba elə ilk hissədə tarazlıq gətirib - 1:1.

50-ci dəqiqədə isə Dorqu "Mançester Yunayted"i  önə çıxarıb - 2:1.  Bu dəfə 62-ci dəqiqədə "Arsenal" hesabı bərabərləşdirib - 2:2.

Lakin Riyazi Kunya 87-ci dəqiqədə "Arsenal"ın qələbə arzusunu gözündə qoyub . Matç "Mançester Yunayted"in səfərdə  2:3 hesablı qələbəsiylə bitib.

Bu nəticədən sonra "Arsenal" 50 xalda qalıb. "Mançester Yunayted" isə 38 xalla yüksəlib.

Fərid ASLAN

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью