Premyer Liqa: Lider Neftçi Zirə yə qalib gəlib

27.11.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XIII turunda "Neftçi" "Zirə"yə qalib gəlib.

Milli.Az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.

Ev sahiblərinin heyətində Breno Almeyda fərqlənib. O, 8-ci dəqiqədə Lyubomir Tuptanın ötürməsini saxlamadan birbaşa qapıya göndərib.

Ardıcıl dördüncü qələbənin ardından xallarının sayını 30-a çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. "Zirə" isə 20 xalla beşincidir.

Xatırladaq ki, turun açılış matçında "Şəfa" "İmişli"yə 3:1 hesabı ilə qalib gəlib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью