Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərə Premyer Liqasının 12-ci turunda “Everton” və “Liverpul” futbol komandaları üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, Liverpul şəhərindəki “Hill Dikinson” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşün beşinci dəqiqəsində “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai Florian Virtsin ötürməsindən sonra hesabı açıb. 25-ci dəqiqədə isə qonaqların müdafiəçisi Jeremi Frimponq topu öz qapısına göndərərək hesabın bərabərləşməsinə səbəb olub.
İkinci hissədə qapılara qol vurulmayıb.
Bu nəticədən sonra “Liverpul” 22 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Aktivində 17 xal olan “Everton” isə səkkizinci sırada yer alıb.