Premyer Liqa: “Liverpul” qələbə qazanıb, “Mançester Yunayted” xal itirdi

24.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasında XII turun növbəti oyunları keçirilib.

"Unikal" xəbər verir ki, turnir cədvəlinin lideri "Liverpul" səfərdə "Southempton"la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə "Mançester Yunayted" səfərdə "İpsiviç Taun"un müqavimətini qıra bilməyib - 1:1.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Liverpul" liderdir. "Mançester Yunayted" isə 16 xalla 12-ci pillədə qərarlaşıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью