Premyer Liqa: “Liverpul” qələbə qazanıb, “Mançester Yunayted” xal itirib AZƏRTAC

24.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 noyabr, AZƏRTAC

İngiltərə Premyer Liqasında XII turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri "Liverpul" səfərdə "Southempton"la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə "Mançester Yunayted" səfərdə "İpsiviç Taun"un müqavimətini qıra bilməyib - 1:1.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Liverpul" liderdir. "Mançester Yunayted" isə 16 xalla 12-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью