Premyer Liqa: Liverpul və Arsenal turu qələbə ilə bitirib

25.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 yanvar, AZƏRTAC

İngiltərə Premyer Liqasında 23-cü turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, "Liverpul" doğma meydanda "İpsviç"i qəbul edib. Mersisayd təmsilçisi görüşdən 4:1 hesablı qələbə ilə ayrılıb.

"Liverpul"un qollarına Dominik Soboslai, Məhəmməd Salah, Kodi Qakpo (2 qol) imza atıblar. Ev sahibində isə Yakob Qreaves fərqlənib.

Digər matçda isə "Arsenal" "Vulverhempton"a minimal hesabla qalib gəlib - 1:0.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Liverpul" turnir cədvəlinə başçılıq edir. "Arsenal" 47 xalla 2-ci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью