Premyer Liqa: “Liverpul” və “Mançester Yunayted” turu qələbə ilə bitirib

10.11.2024

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında XI turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” doğma meydanda “Aston Villa”nı 2:0, “Mançester Yunayted” isə “Lester”i 3:0 hesabı ilə üstələyib.

Digər oyunlarda “Tottenhem” “İpsviç”ə 1:2 hesabı ilə uduzub, “Nyukasl” isə “Nottinqem Forest”ə 3:1 hesabı ilə qalib gəlib.

Nəticələrdən sonra “Liverpul” 28 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 23 xalla 2-ci, “Nottinqem Forest” isə 19 xalla 3-cü yerdə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью