Premyer Liqa: “Mançester Siti” və “Çelsi” qalib gəlib, lider “Liverpul” xal itirib

05.12.2024

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə Premyer Liqasında XIV turun növbəti oyunları keçirilib. SİA xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” səfərdə “Nyukasl”la 3:3 hesablı heç-heçə edib.

Son oyunlarda uğursuz çıxış edən “Mançester Siti” isə doğma meydanda “Nottinqem Forest”ə 3:0 hesabı ilə qalib gəlib.

“Çelsi” isə “Sauthempton”dan üstün olub - 5:1.

Bu nəticədən sonra xallarını 35-ə çatdıran “Liverpul” liderdir. “Çelsi” 28 xalla 2-ci pillədə qərarlaşıb. “Mançester Siti” isə 26 xalla 4-cü sıradadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью