Premyer Liqa: “Neftçi” “Karvan Yevlax”ı məğlub etdi

20.12.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyununda “Karvan-Yevlax” “Neftçi”ni qəbul edib.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçda qonaqlar 2:1 hesablı qələbəyə sevinib.

Baş hakim Əliyar Ağayevin idarə etdiyi matçda Yevlax təmsilçisindən Araz Abdullayev (45+9-cu dəqiqə, penaltidən), paytaxt klubundan isə Bassala Sambu (62) ilə Emin Mahmudov (90+7, penaltidən) fərqlənib.

Bununla da “Neftçi” xallarının sayını 20-yə çatdıraraq 7-ci pilləyə yüksəlib. “Karvan-Yevlax” isə 6 xalla turnir cədvəlinin sonuncusudur.

Qeyd edək ki, günün digər oyununda “Zirə” “İmişli”ni qəbuk edəcək. Görüş saat 16:30-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью