Premyer Liqa: Neftçi Kəpəz üzərində qələbə qazanıb

15.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XVII turunda “Neftçi” “Kəpəz” üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, “Neftçi Arena”da baş tutan görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin heyətində Yeqor Boqomolski (4) və Filip Ozobiç (22) fərqlənib. Gəncə təmsilçisinin qolunu isə 77-ci dəqiqədə Orxan Əliyev rəqib qapısından keçirib.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail”, “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz bitib. XVII tura sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью