Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

22.11.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, “Neftçi” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”ın qonağı olub. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qustavo Klisman dubl edib. Digər qolu isə Draqolyub Saviç vurub. Qonaqların heyətində Rüfət Abbasov avtoqol müəllifi olub.

Paytaxt klubu 27 xalla birinci yerdədir. Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”a 5:1, “Turan Tovuz” “Şamaxı”ya, “Qəbələ” “Şəfa”ya 2:0 hesabı ilə qalib gəlib, “Zirə” isə “İmişli” ilə heç-heçə edib – 2:2.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью