Premyer Liqa: Neftçi Sumqayıtla üz üzə gələcək

28.04.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olacaq.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək. Bakı klubu 35 xalla yeddinci, "gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXII tur

28 aprel

20:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью