Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 10 may, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib
AZƏRTAC xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 40-a yüksəldən “Neftçi” 6-cı pillədə qərarlaşıb. 49 xallı “Turan Tovuz” isə dördüncü yerdədir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Sabah” “Şamaxı”nı 3:1, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə üstələyib.