Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 5 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub
AZƏRTAC xəbər verir ki, bağlanış oyununda “Neftçi” səfərdə “Karvan-Yevlax”ın qonağı olub. Yevlax şəhər stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Paytaxt təmsilçisi 50 xalla 4-cü pilləyə yüksəlib. Yevlax klubu isə 14 xalla sonuncu – 12-cidir.
Qeyd edək ki, XXX turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Turan Tovuz”a 2:1, “İmişli” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə 1:0, “Sabah” isə “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəlib.