Premyer Liqa: Neftçi Zirə ilə heç heçə edib

23.01.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında "Neftçi" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra "Neftçi" 21 xalla yeddinci, qonaqlar 29 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib - 2:2.

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью