Premyer Liqa: Neftçi Zirəyə qalib gəldi

23.11.2024

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçi" Misli Premyer Liqasının XIV turunda qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, paytaxt təmsilçisi "Neftçi Arena"da baş tutan qarşılaşmada "Zirə" üzərində 2:1 hesablı qələbə qazanıb.

Hesabı meydan sahiblərindən 28-ci dəqiqədə Filip Ozobiç açıb. İssa Cibrila 51-ci dəqiqədə "status-kvo"nu bərpa edib. 68-cı dəqiqədə adını tabloya yazdıran Emil Səfərov isə "Neftçi"nin qələbə qoluna imza atıb.

Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu qələbə sayəsində xallarının sayını 13-ə çatdırıb. "Zirə"nin isə 20 xalı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью