Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Komо”nun yarımmüdafiəçisi Nikolas Pas “Çelsi”nin transfer hədəfindədir.
İdmanxeber.az xəbər verir ki, London klubu 21 yaşlı argentinalı futbolçunu yaxından izləyir. Lakin “Çelsi” “Real”la rəqabət aparmalı olacaq — Madrid təmsilçisi Pası geri alma hüququna malikdir.
Cari mövsümdə Pas A Seriyasında 10 oyunda 4 qol və 4 asistlə yadda qalıb.