Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

09.06.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Mançester Siti" "Everton"un hücumçusu İliman Ndiayeni transfer etmək üçün yarışa qoşulub.

Fanat.Az insayder Alan Niksona istinadən xəbər verir ki, "şəhərlilər" Seneqal millisinin üzvü üçün "Mançester Yunayted", "Liverpul" və "Tottenhem"ə ciddi rəqib olub.

Premyer Liqa çempionu həm cinahlarda, həm də mərkəzdə oynaya bilən universallığına görə Ndiayeni heyətdə görmək istəyir.

"Everton"un təcili satış təzyiqi altında olmamasına baxmayaraq, 70 milyon funt-sterlinq dəyəri olan futbolçunun böyük klublardan birinə keçməyə isti yanaşdığı bildirilir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью