Icma.az, Fanat saytına istinadən bildirir.
Almaniya futbolunun son vaxtlar yetişdirdiyi ən parlaq gənclərdən olan Nataniel Braun Premyer Liqa klublarının radarına düşüb.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" "Ayntraxt Frankfurt"un 22 yaşlı sol cinah müdafiəçisini yaxından izləməyə başlayıb.
"TEAMtalk"un məlumatına görə, mançesterlilər oyunçunun performansını dəyərləndirmək üçün Almaniyaya xüsusi skautlar göndəriblər. Lakin bu yarışda "Yunayted" tək deyil, Londonun "Arsenal" klubu da gənc istedadı heyətinə qatmaq üçün rəqabətə qoşulub.
Braunun hazırkı bazar dəyəri və transfer qiyməti təxminən 40 milyon funt-sterlinq civarında qiymətləndirilir. Hər iki klub gənc müdafiəçini gələcək illər üçün heyətin əsas sütunlarından biri kimi görür.
Kamil Xudiyev