Premyer Liqa oyununda işıq söndü

28.09.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Premyer Liqanın 6-cı turunda keçirilən "Sabah" - "Sumqayıt" oyunu zamanı stadionun projektorunda problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, görüşün 29-cu dəqiqəsində "Bank Respublika Arena"da işıqlar sönüb.

Bu səbəbdən də matç hazırda dayandırılıb. Sözügedən dəqiqəyə qədər görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlirdi. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью