Premyer Liqa: Qarabağ 10 nəfərlə Sumqayıt a qalib gəlib

31.08.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında III tura yekun vurulub.

"Report"un məlumatına görə, günün ikinci oyununda "Sumqayıt" "Qarabağ"ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. 45-ci dəqiqədə Jali Muaddib penaltini dəqiq yerinə yetirib. 32-ci dəqiqədə qonaqların heyətində Kadi Borges qırmızı vərəqə alaraq meydandan qovulub.

"Qarabağ" 6 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri sıfır xalla sonuncu - 12-ci sıradadır. Hər iki kollektivin II turdakı matçı təxirə salınıb.

Günün ilk qarşılaşmasında "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib - 1:0.

Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью