Premyer Liqa: Qarabağ bu gün Kəpəz lə qarşılaşacaq

15.03.2025

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunda bu gün "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq.

Qaynarinfo-nun məlumatına görə, Tovuz şəhər stadionuda keçiriləcək oyunun start fiti saat 17:00-da səslənəcək.

Günün növbəti matçında isə "Sabah" "Zirə" ilə münasibətlərinə aydınlıq gətiurəcək. "Bank Respublika Arena"da reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

63 xalı olan "Qarabağ" turnir cədvəlində liderdir. Ağdam təmsilçisini 51 xalla "Zirə" təqib edir. 34 xalı olan "Sabah" beşinci, 22 xala malik "Kəpəz" isə doqquzuncudur.

Misli Premyer Liqası

III dövrə, XXVII tur

15 mart

17:00. "Kəpəz” – "Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.

VAR: Cavid Cəlilov.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Tovuz şəhər stadionu

19:30. "Sabah” – "Zirə”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Nicat İsmayılov.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"Bank Respublika Arena"

Qeyd edək ki, turun açılış matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə heç-heçəyə razılaşıb - 1:1.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью