Icma.az bildirir, Milli.az portalına istinadən. Bu gün futbol üzrə Misli Premyer Liqasının XIII turunda "Qarabağ" "Zirə"ni qəbul edəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Qarşılaşma saat 19:00-da start götürəcək. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 28 xalla liderdir.
"Qartallar" 20 xalla dördüncü sıradadır. Günün ilk görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ı sınağa çəkəcək.
Bu qarşılaşma saat 16:00-da başlayacaq. Naxçıvan klubu 27 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 13 xalla yeddinci yerdədir.
Misli Premyer Liqası II dövrə, XIII tur 10 noyabr 16:00. "Araz-Naxçıvan" - "Sumqayıt" Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymuro
VAR: Nicat İsmayıllı. AVAR: Şirmamed Mamedov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Liv Bona Dea Arena" 19:00. "Qarabağ" - "Zirə" Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev. VAR: Tural Qurbanov.