Premyer Liqa: Qarabağ bu gün Zirə ilə qarşılaşacaq

10.11.2024

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün futbol üzrə Misli Premyer Liqasının XIII turunda "Qarabağ" "Zirə"ni qəbul edəcək.

Matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşma saat 19:00-da start götürəcək. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 28 xalla liderdir. "Qartallar" 20 xalla dördüncü sıradadır.

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ı sınağa çəkəcək. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Naxçıvan klubu 27 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 13 xalla yeddinci yerdədir.

Misli Premyer Liqası

II dövrə, XIII tur

10 noyabr

16:00. "Araz-Naxçıvan" - "Sumqayıt"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью