Premyer Liqa: “Qarabağ” bu gün “Zirə” ilə qarşılaşacaq KONKRET | Icma.az
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün futbol üzrə Misli Premyer Liqasının XIII turunda “Qarabağ” “Zirə”ni qəbul edəcək.
KONKRET.az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.
Rəqibindən bir oyun az keçirən “köhlən atlar” 28 xalla liderdir. “Qartallar” 20 xalla dördüncü sıradadır.
Günün ilk görüşündə “Araz-Naxçıvan” “Sumqayıt”ı sınağa çəkəcək. Bu qarşılaşma saat 16:00-da başlayacaq.
Naxçıvan klubu 27 xalla ikinci, “gənclik şəhəri” təmsilçisi 13 xalla yeddinci yerdədir.
Misli Premyer Liqası II dövrə, XIII tur 10 noyabr 16:00. “Araz-Naxçıvan” – “Sumqayıt” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymuro
VAR: Nicat İsmayıllı. AVAR: Şirmamed Mamedov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tam oxu
Xəbəri oxu