Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 22 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” evdə “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qələbə sayəsində “Qarabağ” çempionatı 69 xalla 2-ci, “Sumqayıt” isə 41 xalla 7-ci pillədə başa vurub.
Günün ilk görüşündə “Bank Respublika Arena”da çempion “Sabah” "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, XXXIII turun açılış oyununda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. Tura mayın 24-də yekun vurulacaq.