Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun görüşləri 3 günü əhatə edəcək.
Turun oktyabrın 17-də “Qarabağ” və “Neftçi” komandaları arasında keçiriləcək mərkəzi görüşü saat 19:00-da başlayacaq.
16 oktyabr (cümə)
15:00. “Şamaxı” – “Şəfa”
Şamaxı şəhər stadionu.
19:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
17 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu.
19:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu.
18 oktyabr (bazar)
16:00. “Turan Tovuz” – “İmişli”
Tovuz şəhər stadionu.
18:30. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu.