Premyer Liqa: Qarabağ Sabahla, ArazNaxçıvan Səbaillə üzüzə

07.12.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasının XVI turunda iki oyun keçiriləcək.

Oxu.Az xəbər verir ki, günün ilk görüşündə "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. Qonaqlar 36 xalla ikinci, "dənizçilər" 8 xalla sonuncu - onuncu sırada yer alıblar.

18:00-da "Sabah" "Qarabağ"la üz-üzə gələcək. Rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi 37 xalla liderdir. Paytaxt klubu 22 xalla beşinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

XVI tur, II dövrə

7 dekabr

15:00. "Səbail" - "Araz-Naxçıvan"

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: İnqilab Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"ASCO Arena"

18:00. "Sabah" - "Qarabağ"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

"Bank Respublika Arena"

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью