Premyer Liqa: “Qəbələ” “Karvan Yevlax”la heç heçə etdi

28.02.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XXII turunun növbəti oyununda “Qəbələ” və “Karvan-Yevlax” komandaları qarşılaşıb.

"Ölkə.az" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş turan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Baş hakim Kamal Umudlunun idarə etdiyi matçda hesabı 26-cı dəqiqədə qonaqların oyunçusu İmani Barker açıb. 11 dəqiqə sonra isə meydan sahiblərinin müdafiəçisi Seydina Keyta penaltidən fərqlənərək hesabı bərabərləşdirib.

Bununla da “Qəbələ” 16 xalla 10-cu olan “Kəpəz”ə çatıb. “Karvan-Yevlax” 7 xalla sonuncudur.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью