Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 22 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda "Qəbələ” öz meydanında “Şəfa”nı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 69-cu dəqiqədə Mark Quel vurub.
Günün digər matçında isə “Zirə” “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 20:45-də start götürəcək.
Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb.
Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.