Premyer Liqa: Sabah Kəpəz i məğlub edib

15.08.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.

"Bank Respublika Arena"da gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Paytaxt təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə Xander Severina adını tabloya yazdırıb.

"Araz-Naxçıvan" və "İmişli" komandaları arasında keçirilmiş günün birinci görüşündə hesab açılmayıb.

Xatırladaq ki, turun açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni məğlub edib - 1:0. İlk turun digər matçları avqustun 16-17-si keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью